Azərbaycan XİN ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrinə cavab verib

Azərbaycan XİN ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədrinə cavab verib
# 24 mart 2014 12:36 (UTC +04:00)

Bu gün rəsmi Bakı ilə rəsmi Yerevan arasında Ermənistan - Azərbaycan münaqişəsinin həllinə dair danışıqlarda vasitəçilik edən həmsədr ölkələrin vəzifəsi ədalətin bərpasına nail olmaqdır”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev öz Facebook səhifəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Twiterde paylaşdığı fikirlərə münasibət bildirərək deyib.

Diplomat vurğulayıb ki, ədalətin bərpası Ermənistanın hələ də hörmətsizlik etməkdə davam etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsinə məcbur edilməsidir: “Həmsədr ölkələrin mesajı məhz bu olmalıdır: münaqişənin həlli prosesinin həssas dönəm yaşadığını nəzərə alaraq, Ceyms Uorlik münaqişənin həlli ilə bağlı mesaj verərkən ehtiyatlı olmalıdır. Axı söhbət beynəlxalq hüququn pozulmasından və Azərbaycan xalqının üzləşdiyi humanitar faciədən gedir”.

Xatırladaq ki, C. Uorlik, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü zamanı, münaqişənin Dağlıq Qarabağ və Azərbaycan arasında olduğunu qeyd edib: “Hər halda biz münaqişənin hər tərəf üçün sülhlə həllini istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR