Kiyevdə 50 min insan prezident iqamətgahını dövrəyə alıb - FOTO

Kiyevdə 50 min insan prezident iqamətgahını dövrəyə alıb - <span style="color: red;">FOTO
# 03 dekabr 2013 16:25 (UTC +04:00)

APA-nın “RBK-Ukraina” saytına istinadən verdiyi məlumata görə, iqamətgaha aparan İnstitutskaya, Şelkoviçnaya küçələrini dolduran və nəqliyyatın hərəkətinin dayanmasına səbəb olan kütlə Lüteranskaya küçəsi istiqamətindən də iqamətgaha yaxınlaşıb. Mitinqçilərin sayı təxminən 50 min nəfərdir. Onların iqamətgahı qoruyan “Berkut” xüsusi təyinatlıları ilə arasında cəmi 50 metrlik məsafə var. Təxribatlara yol verməmək üçün fəallar kütlə ilə milislər arasında kordon yaradıblar.

“Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk bildirib ki, prezident Viktor Yanukoviç hökuməti istefaya göndərərək növbədənkənar prezident və parlament seçkiləri elan edənə qədər prezident iqamətgahının qarşısında etiraz aksiyaları davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR