İran-AEBA danışıqları fevralın 8-də Tehranda keçiriləcək

İran-AEBA danışıqları fevralın 8-də Tehranda keçiriləcək
# 14 yanvar 2014 08:46 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları fevralın 8-də Tehranda keçiriləcək.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib.

Onun sözlərinə görə, İranla AEBA arasında növbəti nüvə danışıqları yanvarın 21-də Tehranda keçirilməli idi: “Ancaq İranla “altılıq” ölkələri arasında nüvə sahəsində əldə olunmuş Cenevrə anlaşmasına uyğun olaraq Birgə Fəaliyyət Planının yanvarın 20-dən icraya yönəlməsi ilə barədə razılığın əldə olunması İran-AEBA danışıqlarının təxirə salınmasına səbəb olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR