FİFA Azərbaycan - Rusiya görüşünün vaxtını dəyişib

FİFA Azərbaycan - Rusiya görüşünün vaxtını dəyişib
# 13 sentyabr 2013 09:48 (UTC +04:00)

Bakı – APA. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Rusiya matçının başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, oktyabrın 15-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüşün belə gec saatda başlaması FİFA-nın qərarıdı. Belə ki, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğu üçün qruplarda bütün görüşlərin vaxtını ali futbol qurumu müəyyənləşdirib.

Bununla əlaqədar AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.

Qeyd edək ki, qarşılaşma 8-ci km qəsəbə stadionunda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR