Bakıda İƏT ölkələrinin əmək, insan resursları və məşğulluq komitəsinin I toplantısı keçiriləcək

Bakıda İƏT ölkələrinin əmək, insan resursları və məşğulluq komitəsinin I toplantısı keçiriləcək
# 17 yanvar 2014 09:57 (UTC +04:00)

Bakı . Anaxanım Hidayətova – APA. Bu ilin aprel ayında Bakıda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) ölkələrinin əmək, insan resursları və məşğulluq rəhbər komitəsinin I toplantısı keçiriləcək.

APA - nın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı çərçivəsində əmək bazarındakı vəziyyət, işçi qüvvəsinə tələbat və təklif, işəgötürənlərin tələbatına uyğun əmək bazarının inkişafı və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR