Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Suriya məsələsini müzakirə edib

Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Suriya məsələsini müzakirə edib
# 12 sentyabr 2013 00:46 (UTC +04:00)

Bakı-APA. Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilir.

Lavrovla Kerri Suriya ətrafında yaranmış durumu müzakirə edib.

Qeyd edək ki, onların sentyabrın 12-13-də Cenevrədə keçirəcəyi görüş Suriyaya həsr olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR