Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək
# 10 yanvar 2014 13:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş prokuror Zakir Qaralov Sumqayıtda vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zakir Qaralovun qəbulu yanvarın 24-də saat 11:00-da Sumqayıt şəhər Prokurorluğunun inzibati binasında olacaq. Qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarından olan şəxslər də iştirak edəcəklər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR