Sahibkarlığa Kömək Milli Fondu Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlığa Kömək Milli Fondu Suraxanı sahibkarlarından investisiya layihələrinin qəbuluna başlayıb
# 03 oktyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Fond müasir çörək zavodunun yaradılması, kiçik və orta həcmli zeytunçuluq təsərrüfatlarının yaradılması və müasir quş kəsimi fabrikinin yaradılması üzrə layihələrin kreditləşdirilməsini məqsədəuyğun hesab edir.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-ə müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR