Penitensiar xidmətə qulluğa qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib

Penitensiar xidmətə qulluğa qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib
# 14 oktyabr 2013 14:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunmuş 42 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətə qəbul olunanlardan 20 nəfəri müvafiq müsahibələrdən və müsabiqə komissiyasından uğurla keçmiş şəxslər, 17 nəfəri Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan şəhərində yerləşən Hüquq və İdarəetmə Akademiyasının məzunları, 5 nəfəri isə Penitensiar xidmətin kiçik rəis heyətindən orta rəis heyətinə xidmətə keçirilmiş əməkdaşlardır. İlkin hazırlıq kursunu keçmiş əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyaya dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içiblər.

Tədbirdə Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev iştirak edib. O, xidmətə yeni başlayan əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından təbrik edib, Penitensiar xidmətdə aparılan islahatlar barədə məlumat verib, xidmətin xüsusiyyətlərini nəzərlərinə çatdırıb və gələcək işlərində uğurlar diləyib.


Gənc əməkdaşlara xidməti vəsiqələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR