İranda zəlzələ olub

İranda zəlzələ olub
# 19 fevral 2014 07:29 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Hörmüzqan vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Gövhəran şəhərinə təsadüf edib.

4 bal gücündə olan zəlzələ fevralın 19-da Bakı vaxtı ilə saat 05:03-də yerin 10 km dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR