Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq, qurumun Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib.
Lamberto Zannier son günlər cəbhə xəttində atəşkəsin pozulmasından narahatlığını bildirib.
Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.