Azərbaycan xarici işlər naziri Qvineyaya səfərə gedib

Azərbaycan xarici işlər naziri Qvineyaya səfərə gedib
# 08 dekabr 2013 17:01 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qvineyaya yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd 9-11 dekabrda Qvineyanın paytaxtı Konakri şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında iştirak etməkdir. Sessiya “Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili” adı altında keçiriləcək.

Tədbirdə nazirin çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR