Bağdadda törədilmiş terror aktında 15 nəfər ölüb, 30 nəfər yaralanıb

 Bağdadda törədilmiş terror aktında 15 nəfər ölüb, 30 nəfər yaralanıb
# 25 dekabr 2013 13:10 (UTC +04:00)

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 14 nəfər terror aktının qurbanı olub. BBC News isə yerli hakimiyyət orqanlarına istinadən 15 nəfərin öldüyü, 30 nəfərin isə xəsarət aldığını bildirir.

Partladıcı qurğu Bağdadın cənubunda, xristian kilsəsinin yaxınlığındakı avtomobilə yerləşdirilib. Terror aktı Milad ibadətindən sonra, möminlər kilsədən çıxarkən törədilib.

Qeyd edək ki, İraqın xristian əhalisi uzunmüddətli dinlərarası münaqişə nəticəsində 2000-ci illərin əvvəllərindən etibarən kəskin azalıb. ABŞ qoşunlarının 2003-cü ildə İraqa yeridilməsindən öncə ölkədə xristianların sayı 1,5 milyon təşkil edib. Hazırda İraqda xristianların sayı üç dəfə azdır.

ABŞ qoşunlarının 2011-ci ildə İraqdan çıxarılmasından sonra vəziyyət daha da pisləşib. 2013-cü ildə 6,6 min insan silahlı toqquşma və terror aktlarının qurbanı olub.

Beləliklə, zorakılığın miqyası 2008-ci ildən bəri maksimuma çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR