Moskvada Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və epoxa” kitabının beşinci və altıncı cildlərinin təqdimatı keçirilib - FOTO

Moskvada Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və epoxa” kitabının beşinci və altıncı cildlərinin təqdimatı keçirilib  - <span style="color: red;">FOTO
# 12 dekabr 2013 10:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Azərbaycan Milli Məclisinin üzvü Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və epoxa” kitabının beşinci və altıncı cildlərinin təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən təqdimat mərasimi Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil olunub.

Təqdimat mərasimində çıxış edən E. Axundova kitabın rəsmi və arxiv sənədləri əsasında yazıldığını söyləyib. O deyib ki, kitabda Heydər Əliyevin dostları və yaxınları ilə yazışmalarından da istifadə olunub: “Artıq 10 ildir ki, mən öz qəhrəmanımla daxili dialoq aparıram. Günbəgün, ilbəil onun məndə çatışmadığını hiss edirəm. Heydər Əliyev çox heyranedici bir insan idi”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Elmira Axundovanın kitablarının yeni və qeyri-adi janrda yazıldığını söyləyib: “Əlbəttə, Heydər Əliyev elə dahi bir şəxsiyyət idi ki, bundan sonra da onun haqqında çoxcildli kitablar yazılacaq, filmlər çəkiləcək. Heydər Əliyev öz həyatı ilə elə bir iz qoyub ki, hər bir yeni nəsil onun fəaliyyətinə yenidən baxacaq”.

Professor Konstantin Dolqov çıxışında Heydər Əliyev haqqında xatirələrini bölüşüb: “Azərbaycan xalqı dünyanın ən ağıllı, istedadlı xalqlarından biridir. Azərbaycan xalqının ən dahi və görkəmli insanlarından biri Heydər Əliyevdir. Onun həyatı və fəaliyyəti barəsində çoxcildlik kitab yazmaq Azərbaycan xalqının dahi oğlunun xatirəsinə ən yaxşı töhfədir”.

Təqdimat mərasimində Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycan Konqresi və Heydər Əliyev Fondunun nümayəndələri iştirak ediblər.

Mərasim çərçivəsində kitabxananın foyesində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi də təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR