APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, parlamentin yuxarı palatasının 169 üzvü yeni nazirlər kabinetinin lehinə, 139 senator isə əleyhinə səs verib.
İtaliyanın yeni hökumətində dörd siyasi partiyanın nümayəndələri yer alır. Fevralın 25-də İtaliya parlamentinin deputatlar palatasında yeni hökumətə etimadla bağlı səsvermə keçiriləcək.
Xatırladaq ki, 39 yaşlı Matteo Rentsi ölkə tarixində ən gənc hökumət başçısıdır.