Sabah Azərbaycan müəllimlərinin qurultayı keçiriləcək

Sabah Azərbaycan müəllimlərinin qurultayı keçiriləcək
# 13 dekabr 2013 12:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Sabah Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayının keçiriləcək.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov APA-ya açıqlamasında deyib ki, Azərbaycanın bütün bölgələrindən nümayəndələrin seçildiyi qurultayda dövlət rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edəcək. Ümumilikdə, qurultaya 900 yaxın təhsil ictimaiyyətinin nümayəndələri qatılacaq.

Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan müəllimlərinin XIV qurultayı ilə bağlı təkliflərin qəbulu məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq elektron poçt ünvanı istifadəyə verilib. Təhsil ictimaiyyətinin nümayəndələri, mütəxəssislər və digər əlaqədar şəxslər qurultayda müzakirəsi məqsədəuyğun hesab edilən məsələlərlə bağlı müvafiq təkliflərini [email protected] elektron poçt ünvanına göndəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR