Siyavuş Novruzov: “YAP oktyabrın 9-da Sahil bağında bayram şənliyi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən razılıq almışdı”

Siyavuş Novruzov: “YAP oktyabrın 9-da Sahil bağında bayram şənliyi keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətindən razılıq almışdı”
# 14 oktyabr 2013 10:52 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, YAP-ın yaradıcılarından olan, hazırda partiya İdarə Heyətinin üzvü olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov özü də o şənlikdə iştirak edib: “Bundan başqa, dünyada qəbul olunmuş normalar var ki, seçki başa çatdıqdan sonra hər bir siyasi partiya öz seçki qərargahının ətrafına toplaşır. YAP-ın nümayəndələri də partiyanın mərkəzi qərargahının ətrafına toplandılar ki, öz sevinclərini qeyd eləsinlər. Məsələn, Almaniyada Merkelin partiyası qalib gəldi və Merkel özü də o şənlikdə iştirak etdi. Dəfələrlə görmüşük ki, Obamanın özü seçki qərargahına gəlir və qərargahının qarşısında böyük konsert olur. Hətta Vladimir Vladimiroviç Putinin qələbəsindən sonra o, baş nazir Dmitri Medevedev ilə birgə tərəfdarlarının qarşısında çıxış etdi və gecədən səhərə qədər orada konsert oldu. Biz də hansısa bir aksiya keçirmədik, etiraz bildirmədik, ancaq bayram elədik. Müxalifət isə görünür, Rüstəm İbrahimbəyovun pasport məsələsindən xəbərsiz olduqları kimi, bu məsələdən də xəbərsizdir və ona görə çığır-bağır salıb. Orda toplaşan bəzi hüquqşünaslar İbrahimbəyovun pasport məsələsində naşılıq etdikləri kimi, burada da naşılıq edirlər. Çünki Milli Şurada oradan-buradan rüşvət üstündə qovulan hüquqşünaslar toplaşıb. Hələ də ağılları kəsmir ki, mitinq, sərbəst toplaşmaq başqa şeydir, bir hadisəni bayram etmək tamamilə başqa şeydir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR