Cəlilabadda ev, Masallıda isə çayxana yanıb

Cəlilabadda ev, Masallıda isə çayxana yanıb
# 23 oktyabr 2013 03:10 (UTC +04:00)

Bakı-APA. Cəlilabad rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Maşlıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 2 mərtəbəli 6 otaqlı natamam tikilmiş evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdkı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Masallı şəhərində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan çadır talvardan ibarət çayxana və əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR