Azərbaycanın turizm potensialı Vaşinqtonda nümayiş olunub - FOTOSESSİYA

Azərbaycanın turizm potensialı Vaşinqtonda nümayiş olunub - <span style="color: red;">FOTOSESSİYA
# 25 fevral 2014 16:29 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın turizm potensialı fevralın 22-23-də Vaşinqtonda keçirilən və 20 min nəfərdən çıx iştirakçının qatıldığı 10-cu Səyahət və Macəralar Sərgisində “Azərbaycan Möcüzələri” (“Wonders of Azerbaijan”) layihəsi çərçivəsində nümayiş etdirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə “Azərbaycan - Odlar Yurdu, Tolerantlıq Diyarı” başlığı altında təşkil edilmiş sərgi stendində yerli turizm mütəxəssisləri Azərbaycanın zəngin tarixi, maddi-mədəni irsə və ləziz mətbəxə malik olduğunu, həmçinin dini və mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğunu sərgi iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd edək ki, bu vaxta qədər yerli turizm şirkətləri “Azərbaycan Möcüzələri” layihəsi çərçivəsində Çikaqo, Los Anceles və Vaşinqton şəhərlərində keçirilmiş sərgilərdə iştirak ediblər. İştirakçıların sayı baxımından bu şəhərlərdə keçirilmiş səyahət sərgiləri ABŞ ərazisində keçirilmiş ən böyük üç beynəlxalq səyahət sərgisi hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR