Dağıstan prezidenti Heydər Əliyev Mərkəzində olub - FOTOSESSİYA

Dağıstan prezidenti Heydər Əliyev Mərkəzində olub - <span style="color: red;">FOTOSESSİYA
# 26 dekabr 2013 17:13 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycana səfər çərçivəsində dekabrın 26-da Heydər Əliyev Mərkəzində olub. Heydər Əliyev Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qonağa Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, eləcə də Mərkəzin dünya memarlıq inciləri sırasında olan binası barədə məlumat verilib.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində fəaliyyət göstərdiyini bildirib. Qeyd edilib ki, Mərkəz regionda və dünyada beynəlxalq dialoq mərkəzi kimi tanınır. Heydər Əliyev Mərkəzinin müxtəlif sahələri əhatə edən layihələri Azərbaycanın dünyaya tanıdılmasında və ölkələr arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır.

R.Abdulatipov Mərkəzdəki Heydər Əliyev Muzeyində H.Əliyevin həyatını və siyasi fəaliyyətini əks etdirən foto və video materiallarla, eksponatlarla tanış olub.

Daha sonra qonaq Heydər Əliyev Mərkəzinin binası eləcə də Auditorium zalı ilə tanış olub.

Dağıstan prezidenti sonda xatirə kitabında Heydər Əliyev Mərkəzinə səfərinin təəssüratları ilə bölüşərək, Heydər Əliyevlə şəxsən tanışlıqdan fəxr hissi duyduğunu qeyd edib.

Dağıstan prezidentinə sonda xatirə hədiyyəsi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR