Bakıda keçirilən beynəlxalq konfransda 5 qətnamə imzalanıb - FOTO

Bakıda keçirilən beynəlxalq konfransda 5 qətnamə imzalanıb - <span style="color: red;">FOTO
# 12 noyabr 2013 08:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı- APA. İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı işini davam etdirir.

APA-nın xəbərinə görə, konfransın ikinci gününün açılışında 5 qətnamə imzalanıb. 2014-2016-cı illəri əhatə edəcək qətnamələrdə islam ölkələrində növbəti 2 il ərzində uşaq hüquqlarının qorunması mövcud problemlərinin həlli istiqamətində müəyyən işlərin həyata keçirilməsini nəzərdə tutub. Bütün qətnamələri İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri imzalayıb. Qətnamələrdə gələn konfransın keçirilməsi və vaxtı təsdiq edilib, kənd və şəhər yerlərində yaşayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq razılıqlar əldə olunub və digər məsələlər əksini tapıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, konfrans dünyanın gələcəyi olan uşaqların hüquqlarına və onların həlli istiqamətində prioritetlərin müəyyənləşməsinə həsr olunub. Onun sözlərinə görə, əslində bu məsələ təkcə islam aləmi üçün deyil, bütün bəşəriyyət üçün aktualdır: “Müasir dövrdə uşaq hüquqlarının müdafiəsinə diqqət yetirən bütün dövlətlər kənd və şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər. İSESCO-ya üzv dövlətlərin IV konfransının yekunları göstərdi ki, dünyanın insanlarını, yəni bizi birləşdirən amillər, bizi ayıran amillərdən çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğun olardı. Belə bir vəzifəni yerinə yetirməklə biz, həm də dünyanın gələcəyinə və inkişafına öz töhfələrimizi veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR