Azərbaycan Beynəlxalq Bankı avrobond emissiyasına hazırlaşır

Azərbaycan Beynəlxalq Bankı avrobond emissiyasına hazırlaşır
# 15 noyabr 2013 11:52 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bunu ABB-nin İdarə heyətinin sədri Cahangir Hacıyev bildirib.


Onun sözlərinə görə, istiqraz emissiyasının həcmi 500 mln. ABŞ dolları, tədavül müddəti 5-7 il səviyyəsində planlaşdırır.


C.Hacıyev həmçinin Bankın kapitallaşmasının artırılmasının vacibliyini də vurğulayıb.

Xatırladaq ki, bu ilin oktyabr ayında keçirilən ABB-nin səhmdarların yığıncağında bankın nizamnamə kapitalının artırılmasına dair 4 illik konsepsiya qəbul edilib. İlkin olaraq bankın nizamnamə kapitalının 200 mln. manat artırılması qərara alınıb. Növbəti illərdə isə hər il 100 mln. manat artırılmaqla kapitalın ümumilikdə 500 mln. manat məbləğində artırılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR