Fransanın “Alstom” şirkəti Azərbaycanın lokomotiv parkını yeniləyəcək

Fransanın “Alstom” şirkəti Azərbaycanın lokomotiv parkını yeniləyəcək
# 12 may 2014 09:26 (UTC +04:00)

Bunu "APA-Economics"ə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

O, qeyd edib ki, dəmir yollarının yenidən qurulması böyük layihədir: “Bu layihənin bütün komponentləri üzrə gələcək üçün geniş imkanlar mövcuddur. Eyni zamanda Azərbaycan dəmir yollarının, onların texniki heyrətlərinə dair müzakirələrin aparılması, bu layihənin həyata keçirilməsinə yardım edəcək. Bu sahədə Fransa şirkətləri ilə danışıqların bir qismi artıq yekunlaşıb. Ümumiyyətlə, dəmir yollarının yenidən qurulması proqramı çərçivəsində dəmir yollarının tam infrastrukturu yeniləşdiriləcək, yol örtüyünü yenidən qurulması, rabitə enerji sisteminin, siqnalizasiya və işarə vermə sisteminin yenidən qurulması nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR