Türkiyənin Eskişehir Məşğulluq Mərkəzinin nümayəndələri Azərbaycana gələcək - FOTO

Türkiyənin Eskişehir Məşğulluq Mərkəzinin nümayəndələri Azərbaycana gələcək - <span style="color: red;">FOTO
# 06 mart 2014 13:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev və Mətin Kərimli ilə Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Namık Ata arasında tanışlıq görüşü olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşı İsmayıl Haqverdiyev və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Camal Yanğın da iştirak edib.

Azərbaycan və Türkiyə arasında yüksək səviyyədə dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən İ.İsayev iki qardaş ölkə arasında əməkdaşlığın əmək və sosial müdafiə sahələrində də uğurla davam etdirildiyini vurğulayıb.

İ.İsayev son vaxtlar qeyri-leqal məşğulluğun aradan qaldırılması, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmaları üçün aparılan işlərin sürətləndirildiyini ifadə edib. İmzalanan əmək müqavilələrinin elektron informasiya sistemi vasitəsilə dövlət qeydiyyatına alınması mexanizminin yaradılması ilə bağlı hazırda aparılan islahatyönümlü tədbir barədə danışan İ.İsayev eyni zamanda işəgötürənlər arasında bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini bildirib.

N.Ata iki ölkənin əmək və sosial müdafiə sahəsində də əməkdaşlığının daim gücləndiyini bildirərək, iki nazirlik arasında əməkdaşlıq sahələrini müəyyən edən sənədlərin icrası işlərinin uğurla aparıldığını, bunun qarşıdakı dövrdə əməkdaşlığın yeni sahələr üzrə daha da genişləndirilməsi üçün əsas baza rolunu oynadığını diqqətə çatdırıb.

M.Kərimli iki ölkə arasında məşğulluq, peşə standartları, işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyəti və digər sahələrdə əməkdaşlıqdan söz açıb. Eyni zamanda 2013-cü ildə Türkiyənin Eskişehir şəhərinin Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması ilə bağlı həmin şəhərin məşğulluq orqanı ilə əməkdaşlıq əlaqələrinin qurulmaqda olduğunu qeyd edib. nazir müavini Türkiyənin Eskişehir Məşğulluq Mərkəzinin nümayəndələrinin Azərbaycana, həmçinin Azərbaycandan məşğulluq xidməti nümayəndələrinin Türkiyəyə səfərlərinin nəzərdə tutulduğunu, qarşılıqlı təcrübə mübadilələrinin aparılmasının davam etdiriləcəyini bildirib.

Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığının vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri ilə əlaqədar müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR