Səudiyyə Ərəbistanı Azərbaycanın müəyyən torpaqlarında məhsul becərilməsinə maraq göstərir

Səudiyyə Ərəbistanı Azərbaycanın müəyyən torpaqlarında məhsul becərilməsinə maraq göstərir
# 05 iyun 2014 10:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Səudiyyə Ərəbistanı Azərbaycanın müəyyən torpaqlarında məhsul becərilməsinə maraq göstərir.


APA-nın məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsində Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.


E.İbrahimov Azərbaycanın bu təklifə müsbət yanaşdığını qeyd edib: “Azərbaycan buna hazırdır”.

E.İbrahimov Səudiyyə Ərəbistanının dünyada Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən və Ermənistanla əlaqələr qurmayan 2-3 ölkədən biri olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR