Aptekdən oğurluq etmək istəyən şəxslər yaxalanıb

Aptekdən oğurluq etmək istəyən şəxslər yaxalanıb
# 20 noyabr 2013 07:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda aptekdən oğurluq etmək istəyən dəstə üzvləri yaxalanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 17-də saat 20:00 radələrində Biləsuvar rayon sakinləri Rahim Teymurov, Alim Qasımov və Süleyman Qasımov paytaxtın Nizami rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və Post-Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, onlar həmin gün saat 19:20 radələrində A. Mustafayev küçəsində yerləşən aptekə gələrək orada satıcı işləyən Sücayət Əliyevaya bıçaqla hədə-qorxu gəlib 400 manat pulu götürmək istəyiblər. Lakin S. Əliyeva ətrafdakıları köməyə çağırıb və onlar cinayət əməllərini başa çatdıra bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR