Bərdədə narkotik vasitə hazırlamaq istəyən şəxs saxlanıb

Bərdədə narkotik vasitə hazırlamaq istəyən şəxs saxlanıb
# 27 iyun 2014 13:30 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda narkotik hazırlayan Gəncə şəhər sakini saxlanılıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, 45 yaşlı Paxrəddin Nurəddin oğlu Svanidze Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman bildirib ki, üzərindən tapılan narkotik vasitəni Tərtər rayonu ərazisində boş sahədən yığıb.

Bərdə RPŞ-dən APA-ya bildirilib ki, P. Svanidze Tərtər rayonuna işləməyə gəlib. Saxlandığı zaman onun üzərindən yaş halda ümumi çəkisi 2 kiloqramdan çox olan narkotik tərkibli bitki aşkarlanıb. O, sözügedən bitkini qurudaraq narkotik vasitəyə çevirmək niyyətində olub.

Faktla bağlı cinayət işi açılıb. Hazırda polis əvvəllər də bu işlə məşğul olan Paxrəddin Şivanidzenin narkotik bitkini hansı yolla əldə etdiyini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR