Bakı Metropoliteni qurumda yoxlamalar aparılması barədə məlumatları təkzib edib

Bakı Metropoliteni qurumda yoxlamalar aparılması barədə məlumatları təkzib edib
# 25 aprel 2014 08:56 (UTC +04:00)

QSC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu xəbərlər həqiqəti əks etdirmir: “Hazırda köhnə işçilər də iş başındadırlar. Sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək və metronun səviyyəsinin müasir standartlara çatdırılması üçün çalışırıq. Yəni, hazırda heç bir yoxlama aparılmır və bu xəbərlər də həqiqəti əks etdirmir”.

Mətbuat xidmətindən son zamanlar metro qatarlarında yaranmış nasazlıqlara da münasibət bildirilib. Qeyd edilib ki, metroda baş verən hər hansı nasazlıq qeydə alınır və onun aradan qaldırılması istiqamətində tədbirlər görülür: “Metropolitenin iş vaxtından asılı olaraq, qatarlar 16-18 saat reysdə olur. Onların reysdə olduğu müddətdə hər hansı texniki nasazlığın baş vermə ehtimalı az da olsa var. Ancaq əsas məsələ odur ki, sərnişinlərin həyatına təhlükə yarada biləcək, nasazlığa yol verilmir. Əgər hər hansı qatarda ən xırda nasazlıq hiss olunarsa, həmin qatardakı sərnişinlər stansiyada boşaldılır və qatar təmirə aparılır. Ümumiyyətlə, nasaz qatarlar reysə buraxılmır. Bu baxımdan sərnişinlər tam əmin olsunlar ki, hər hansı təşvişə əsas yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR