«Azer-Türk Bank»ın illik mənfəəti 53% artıb

«Azer-Türk Bank»ın illik mənfəəti 53% artıb
# 03 fevral 2014 07:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Azer-Türk Bank» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 11,711 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji göstəricisindən 27,2% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 23,8% artaraq 9,868 mln. manata çatıb.

Bankın hesabatına əsasən, il ərzində «Azer-Türk Bank» 1,843 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 53,3% çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 9,836 mln. manat, qeyri-faiz gəlirləri 1,874 mln. manat, faiz xərcləri 3,778 mln. manat, qeyri-faiz xərcləri isə 6,009 mln. manata bərabər olub. Nəticədə, ötən il bankın faiz mənfəəti 26,1% artaraq 6,058 mln. manat, qeyri-faiz zərəri 15,8% artaraq 4,135 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR