AMEA üzvlüyünə seçkilər üzrə Ümumi Yığıncaq keçirilir - VİDEO - FOTO

AMEA üzvlüyünə seçkilər üzrə Ümumi Yığıncaq keçirilir - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 30 iyun 2014 07:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, AMEA prezidenti Akif Əlizadə və digər alimlər iştirak edir.

Tədbirin gündəliyinə AMEA-nın yeni Nizamnaməsinin layihəsi haqqında, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” haqqında, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında, AMEA-nın Dünya Siyasəti İnstitutunun yaradılması haqqında müzakirələr aparılacaq. Bundan əlavə, iclasda AMEA-nın üzvlüyünə seçkilər keçiriləcək.

Tədbirin açılışında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə bu yığıncağının keçirilməsini yüksək qiymətləndirib.

Hazırda AMEA üzvlüyünə seçkilər üzrə Ümumi Yığıncaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR