Azərbaycan əmtəə bazarı bu il 9% artıb

Azərbaycan əmtəə bazarı bu il 9% artıb
# 11 mart 2014 13:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,0% çox əmtəə satılıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 1,7 mlrd. manatını qida məhsulları, içkilər və tütün məmulatları, 1,5 mlrd. manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5 faiz bəndi artıb.

Bu ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 34,5% artaraq 452,5 min manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 82,2%-ni hüquqi, 17,8%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,7%-ni qeyri-ərzaq malları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR