Ketrin Eşton İrana səfər edəcək

Ketrin Eşton İrana səfər edəcək
# 01 fevral 2014 01:05 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ketrin Eşton İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə yanvarın 31-də Münhendə keçirdiyi görüşdə açıqlama verib. O, İrana səfərinin vaxtını açıqlamasa da, ancaq bu ziyarəti münasib zamanda həyata keçirəcəyini söyləyib.

Qeyd edək ki, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı yanvarın 12-də keçirdiyi mətbuat konfransında K. Eştonun Tehrana səfərə dəvət edildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR