ABŞ-da qar çovğunu nəticəsində 25 nəfər ölüb

ABŞ-da qar çovğunu nəticəsində 25 nəfər ölüb
# 15 fevral 2014 07:16 (UTC +04:00)

Bakı – APA. ABŞ-da qar çovğunu nəticəsində 25 nəfər həlak olub.

APA-nın məlumatına görə, qeyri-sabit hava səbəbindən ABŞ-da 2100 aviareys təxirə salınıb, 1.2 milyon insan işıqsız qalıb, səkkiz ştatda artıq bir neçə gündür ki, məktəblər bağlanıb.

Qeyd edək ki, bu ilin qışı ABŞ-da yağıntıların miqdarına görə rekord qırıb. Fevralın əvvəlinə olan məlumata görə, Vaşinqton, Detroyt, Boston, Çikaqo, Nyu-York və Sent Luisdə normadan xeyli artıq yağıntı müşahidə olunub.

ABŞ-ın şərq sahillərinə güclü qar yağıntıları gətirən fırtına fevralın 14-dən sonra Kanada istiqamətində hərəkət edəcək.

Lakin sinoptiklər həftəsonu havanın yenidən pisləşməsi, qar yağmasını proqnozlaşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR