Gəncədə ər arvadını bıçaqlayıb - VİDEO

Gəncədə ər arvadını bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 08 fevral 2014 08:19 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində ailə münaqişəsi zəmində bıçaqlanma hadisəsi baş verib. Gəncə Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Musayeva Nailə Adilxan qızı qarın və qolların kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən bildiriblər ki, 40 yaşlı qadını onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Kamran Quliyevin bıçaqladığı məlum olub. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi bildirilir.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR