«Bank of Baku» nağd kreditlərlə bağlı endirim kampaniyasına başlayır

«Bank of Baku» nağd kreditlərlə bağlı endirim kampaniyasına başlayır
# 11 mart 2014 09:00 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank of Baku» ASC «Faizləri azaltdıq!» endirimli nağd kredit kampaniyasına başlayır. Bu güzəştli kampaniyadan bankın həm daimi, həm də yeni müştəriləri faydalana bilər. Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində aylıq faiz dərəcəsi 1,9%-dən başlayır.

Məsələn, rəsmiləşdirilən kreditin müddəti 31-36 aydırsa və ərizəçi «Bank of Baku»nun «Dostlar Klubu»nun üzvüdürsə, bu halda faiz dərəcəsi illik 22,80-23,80% təşkil edəcək. Əgər müştərinin tarixçəsi təzə formalaşıb və ya yeni müştəridirsə, faiz dərəcəsi 25,80-28,80% olacaq.

«Faizləri azaltdıq!» kampaniyasının faiz dərəcəsi barədə ətraflı məlumatı bankın rəsmi saytından (www.bankofbaku.com/az/stock/faizleri-azaltdiq-bahar-kampaniyasi/) əldə etmək olar.

Bankın «Dostlar Klubu»nun üzvləri topladıqları bonuslar hesabına daha az komissiya məbləği ödəyəcəklər. Toplanan bonuslar komissiya haqqını tam ödəməyə kifayət edərsə, o halda müştəri komissiya haqqı ödəməkdən azad olur.

Kampaniya çərçivəsində 15 min manatadək kredit almaq olar.

«Bank of Baku»dan nağd kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər).

Kampaniyadan faydalanmaq üçün «Bank of Baku»nun istənilən filialına müraciət etmək olar. Ətraflı məlumat əldə etmək üçün «Bahar» yazıb 8145-ə SMS göndərmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR