Moldova və Gürcüstan AB ilə assosiasiya sazişini payızadək imzalaya bilər

Moldova və Gürcüstan AB ilə assosiasiya sazişini payızadək imzalaya bilər
# 28 yanvar 2014 18:41 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyi Moldova və Gürcüstan ilə assosiasiya haqqında sazişi 2014-cü ilin payızınadək imzalamaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının sədri Herman van Rompey Rusiya-AB sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında bəyan edib.

“Biz Moldova və Gürcüstanın qəbul etdikləri qərarların payızın əvvəlində imzalarla təsdiqlənməsini gözləyirik”, deyə o vurğulayıb.

Qeyd edək ki, Moldova və Gürcüstan ötən ilin noyabrında Avropa Birliyi ilə assosiasiya sazişini paraflayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR