Azad Rəhimov: “Ölkədə gənclər təşkilatları və gənclərin yaratdığı QHT-lərin sayı artır”

Azad Rəhimov: “Ölkədə gənclər təşkilatları və gənclərin yaratdığı QHT-lərin sayı artır”
# 23 aprel 2014 09:50 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “2013-cü ildə bütövlükdə 192 tədbir keçirilib. Onlardan 38-i beynəlxalq əhəmiyyətli, 154-ü yerli olub, o cümlədən 50-dək yerli tədbir bütün respublikanı əhatə edib”. APA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2013-cü ilin 3 iyin tarixində prezident tərəfindən "Gənclər mükafatı" təsis edilib: “Fevralın 2-də 6 nəfər gənc həmin mükafatın laureatı olub. 7 telelayihə hazırlanıb və efirdə nümayiş olunub. Bakıda, eləcə də Lənkəran, Göygöl, Xaçmaz rayonlarında keçirilən düşərgələrdə 2800 nəfərdən çox yeniyetmə və gənc iştirak edib”.

A. Rəhimov qeyd edib ki, gənclərin ictimai fəallığının artması gənclər qurumları və qeyri-hökumət təşkilatlarının sayının dinamikasında görünür: “10 il ərzində onların sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə rayonlarda gənclərin yaratdığı QHT-lərin sayında artım nəzərə çarpır. Ötən il gənclər təşkilatlarına ayrılan ümumi büdcə 137 layihə üçün 5.540.991,40 manat olub. Müsabiqə əsasında 71 layihə seçilib və onlara 1.525.567 manat vəsait ayrılıb. O cümlədən, birgə və payçı kimi 66 layihəyə 4.015.424.40 manat vəsait ayrılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR