Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərlə görüş keçirilib

Təhsil Nazirliyində beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək şagirdlərlə görüş keçirilib
# 23 iyun 2014 18:30 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, görüşün əsas məqsədi fənlər üzrə beynəlxalq olimpadalara hazırlaşan komandaların üzvləri ilə mövcud vəziyyəti müzakirə etmək və qarşıda duran məsələləri aydınlaşdırmaqdır.

Hər il olduğu kimi, 2014-cü ildə də riyaziyyat, kimya, fizika, biologiya və informatika fənləri üzrə beynəlxalq olimpiadalar keçiriləcək. Beynəlxalq olimpiadalar müvafiq olaraq, riyaziyyat üzrə 3-13 iyul tarixində Cənubi Afrika Respublikasında, kimya üzrə 20-29 iyul tarixində Vyetnamda, fizika üzrə 13-21 iyul tarixində Qazaxıstanda, biologiya üzrə 6-13 iyul tarixində İndoneziyada və informatika üzrə 13-20 iyul tarixində Tayvanda təşkil olunacaq.

Görüşdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalarda uğur qazanması üçün Təhsil Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyünü və gələcəkdə bu sahədə daha effektiv işlərin həyata keçiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR