Azərbaycanın idxal–ixrac əməliyyatlarından 8 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın idxal–ixrac əməliyyatlarından 8 mlrd. dollarlıq müsbət saldo yaranıb
# 09 iyun 2014 08:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-aprel aylarında Azərbaycanın rezidentləri dünyanın 122 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 76 ölkəyə əmtəə ixrac olunub, 117 ölkədən idxal olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 42-i Avropa, 25-i Amerika, 38-i Asiya ölkələri və digərləridir.

Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 13 mlrd. 465,8 mın. ABŞ dolları, o cümlədən ixracın həcmi 10 mlrd. 731,1 mln. dollar, idxalın həcmi 2 mlrd. 734,7 mln. dollar təşkil edib, nəticədə 7 mlrd. 996,4 mln. dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmasa və onlardan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 491 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR