Deputat İsmayıllıda keçirilən hesabat konfransında iştirak edib - FOTO

Deputat İsmayıllıda keçirilən hesabat konfransında iştirak edib - <span style="color: red;">FOTO
# 20 fevral 2014 07:55 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda olub. Deputatın qərargahından APA-ya verilən məlumata görə, N. Aslanov İsmayıllı rayon İcra Hakimiyyətinin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağında iştirak edib. Yığıncaq İsmayıllı Gənclər Mərkəzində keçirilib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yığıncaqda məruzə ilə çıxış edib. Yerli hökumət strukturlarının rəhbərləri də öz sahələrində görülən işlər barədə hesabat veriblər.

Milli Məclisin deputatı N.Aslanov çıxışında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerlərdə icrasının uğurla aparılmasından söhbət açıb və 2013-cü ildə əldə olunan nailiyyətlər barədə məlumat verib. Hesabat dövrü ərzində rayon sakinləri tərəfindən ünvanına daxil olmuş ərizələrdə qaldırılmış məsələlərin əksəriyyətinin icra edildiyini yığıncaq iştirakçılarına bildirərək, bundan sonra da hər bir məsələyə diqqətlə yanaşaraq lazımi addımların atılacağını nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR