Son bir ayda Xəzərdə 9 nəfər boğulub - VİDEO

Son bir ayda Xəzərdə 9 nəfər boğulub - <span style="color: red;">VİDEO
# 14 iyun 2014 10:36 (UTC +04:00)

Bakı-APA. Son bir ay ərzində Xəzər dənizində 9 nəfər boğulub.

Bu barədə APA TV-yə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. Stansiyanın Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidovanın sözlərinə görə, boğulan 9 nəfərdən ikisinin həyatını xilas etmək mümkün olsa da 7 nəfər həkimə çatmadan ölüb.

"Çimərlik mövsümü başlayandan bəri biz FHN əməkdaşları ilə birgə 15 çimərlikdə növbətçilik edirik. Xilasetmə məntəqələri olan hər bir çimərlikdə həkim briqadalarımız var. Amma təəssüf ki, boğulanların heç biri xilasetmə məntəqələri olan çimərliklərdə yox, qadağan olunan yerlərdə baş verib. Bütün boğulmalar Xəzər rayonu ərazində qeydə alınıb".

Günvurmalarla bağlı vəziyyət isə hələlik qənaətbəxşdir. Təcili yardımdan verilən məlumata görə, bu günə kimi cəmi 6 müraciət daxil olub ki, onların da hər birinə tibbi yardım edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR