İranda 6 Əfqanıstan vətəndaşı edam edilib

İranda 6 Əfqanıstan vətəndaşı edam edilib
# 21 aprel 2014 09:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda 6 Əfqanıstan vətəndaşı edam edilib.

APA-nın “əl-Ərəbiyyə” telekanalının fars redaksiyasına istinadən verdiyi məlumata görə, bu barədə Əfqanıstanın Taxar vilayətinin valisinin sözçüsü Sənətullah Tehmur açıqlama verib.

Onun sözlərinə görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkilib: “İran hökuməti onların cəsədlərini hələlik Əfqanıstana verməyib. Yaxın gələcəkdə İranda onlarla Əfqanıstan vətəndaşının da edam edilməsi planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR