Bakı. Real Cəfərli - APA. Bu gün Tehranda İran prezidenti Həsən Ruhani ilə Rusiya baş nazirinin müavini Dmitri Roqozin arasında görüş keçirilib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, H. Ruhani bildirib ki, İran nüvə məsələsinin beynəlxalq qanunlar çərçivəsində həll edilməsini istəyir: “İran kütləvi qırğın silahlarına sahib olmaq niyyətində deyil”.
İran prezidenti iki ölkənin Yaxın Şərq və beynəlxalq aləmdəki ortaq məqsəd və maraqlarına da toxunub: “İran və Rusiya münasibətləri qədimdir və dostluq əlaqələrinin genişləndirməsi və dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır”.