Azərbaycanda İİV infeksiyasına qarşı dərman təminatı Səhiyyə Nazirliyi tərəfindən tam təmin ediləcək - FOTO - VİDEO

Azərbaycanda İİV infeksiyasına qarşı dərman təminatı Səhiyyə Nazirliyi tərəfindən tam təmin ediləcək - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 26 noyabr 2013 09:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda “Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən UNİCEF-in Azərbaycan ofisinin rəhbəri Mark Herevard bildirib ki, 3 gün davam edəcək tədbirdə 5 ölkənin nümayəndəsi iştirak edir.

Onun sözlərinə görə, dünya ölkələrində 70 minə yaxın insan İİV virusunun risk qrupuna daxildir. Onlar daha çox narkotiklərdən istifadə edirlər: “Azərbaycanda İİV ötürülməsinin 59%-i iynələr vasitəsilə baş verir. İİV-ə yoluxanların çox hissəsi isə narkotikə düçar olanlardır. Qeyd olunan xəstəliyə yoluxanların 29%-i heteroseksuallardır. Bütün ölkələrdə İİV virusuna qarşı müayinəyə cəlb etmək üçün yollar axtarırıq. Yəni görüləcək işlər çoxdur. Virusa yoluxanların sayı artır, onların qarşısı alınmalıdır. Gənclərə yalnız İİV-dən azad gələcək lazımdır”.


Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva bildirib ki, Azərbaycanda İİV virusuna yoluxanlar arasında gənclər və yeniyetmələr müəyyən yer tutur. Onun sözlərinə görə, virusa qarşı mübarizə istiqamətində beynəlxalq təşkilatlar, QHT-lərlə birgə fəaliyyət göstərilir: “Bu günə kimi İİV infeksiyasına qarşı müxtəlif tədbirlər həyata keçirilir. İİV üzrə ilk xidmət laboratoriyası təşkil edilib, İİV-lə mübarizəyə dair müvafiq qanunlar qəbul edilib. Səhiyyə Nazirliyi tərəfindən də müayinə məntəqələri yaradılıb. Bundan əlavə, 2015-ci ilə qədər Azərbaycanda İİV infeksiyasına qarşı dərman təminatının Səhiyyə Nazirliyi tərəfindən tam təmin edilməsi nəzərdə tutulub”.


Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova, beynəlxalq mütəxəssislər İİV infeksiyasına qarşı mübarizə istiqamətində mövcud problemlər və onların həlli yolları barədə danışıblar.


Qeyd edək ki, noyabrın 29-dək davam edəcək beynəlxalq konfransda müxtəlif mövzular müzakirə ediləcək və ətraflı fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR