Varşavada keçirilən festivalda üç Azərbaycan filmi mükafat qazanıb

Varşavada keçirilən festivalda üç Azərbaycan filmi mükafat qazanıb
# 27 may 2014 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Varşavada keçirilən IX "FilmAT Film, Art & Tourism" festivalında üç Azərbaycan filmi mükafat qazanıb.

Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, festivalda "Welcome to Azerbaijan" filmi ölkələri təmsil edən çarxlar kateqoriyasında ikinci, "Naftalan" filmi ən yaxşı reklam çarxı nominasiyasında birinci, "Azərbaycan - Odlar Yurdu" filmi isə təbiət mənzərələrini tərənnüm edən ən yaxşı film kateqoriyasında birinci mükafatı qazanıb.

Festivalda Bakı Beynəlxalq Turizm Filmləri Festivalının icraçı direktoru, "FilmAT Film, Art&Tourizm" festivalının münsiflər heyətinin üzvü Fariz Əhmədov xüsusi diplomla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR