Gəncədə bıçaqlanma hadisəsi olub

Gəncədə bıçaqlanma hadisəsi olub
# 19 mart 2014 08:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini gecə saatlarında bıçaqlanıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Orucov qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Təcili əməliyyat edilən R. Orucovun həyatı xilas edilib. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Ramin Orucovun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR