Türkiyədə 5,8 bal gücündə zəlzələ olub - VİDEO

Türkiyədə 5,8 bal gücündə zəlzələ olub - <span style="color: red;">VİDEO
# 28 dekabr 2013 18:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidmətinin açıqlamasında bildirilir. Zəlzələnin episentri Antalya şəhərindən 86 km cənub-qərbdə, 50 km dərinlikdə qeydə alınıb. Türkiyə mətbuatının məlumatına görə, Alanya bölgəsində yerləşən bəzi otellərin divarlarında çatlar yaranıb. Antalya şəhərinin mərkəzində, Alanya və Manavqat yaşayış məntəqələrində əhali arasında çaxnaşma yaşanıb, insanlar dərhal binaları tərk edərək küçələrə çıxıb.

Dağıntı və x əsarət alanlar barədə məlumat yoxdur.

Zəlzələ ilə bağlı sunami xəbərdarlığı verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR