Türkiyədə daha 3 polis rəisi işdən çıxarılıdı - VİDEO

Türkiyədə daha 3 polis rəisi işdən çıxarılıdı - <span style="color: red;">VİDEO
# 28 dekabr 2013 10:24 (UTC +04:00)

APA TV-nin xəbərinə görə Ərdoğan belə deyib: "Bir prokuror ədliyyəyə qarşısında bəyanat paylayarmı? Bu adam üz qarasıdır. Hakimlər və Prokurorların Ali Şurasına cinayətlə bağlı müraciət edirəm".

Ərdoğan hökumətin təklif etdiyi Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin idarəetmə prosedurunda dəyişikliyi "Konstitusiya pozuntusu" kimi qiymətləndirən Hakimlər və Prokurorların Ali Şurası haqqında "Hakimlər və Prokurorların Ali Şurası da cinayət edib. Bunları kim mühakimə edəcək? Səlahiyyətim çatsa, mən mühakimə edərdim. Bunları millət mühakimə edəcək!", deyə bildirib.

Mummer Akkaş bir müddən əvvəl "ikinci rüşvət əməliyyatı"nın gedişində polisin prokurorluğun tələblərini yerinə yetirmədiyini və bəzi şübhəlilərin qaçmasına zəmin yaratdığını demişdi.

Türkiyənin tanınmış iş adamı Ali Ağaoğluna aid "Bakırköy 46 Proyekti" İstanbul 8-ci İdarə Məhkəməsinin qərarı ilə dayandırlıb. Ağaoğlu bildirib ki, proyektin sənədi deyil, planı ləğv olunub və qərara etiraz edəcəklər. Dekabrın 17-də keçirilən rüşvət əməliyyatının birinci günü istintaq cəlb edilən Ağaoğlu dindirildikdən sonra ölkədən çıxışına qadağa qoyulmaqla sərbəst buraxılıb.

Kocaeli Polis İdarəsində 3 şöbə müdiri vəzifəsindən azad edilib. Məlumata görə, azad edilən müdirlər Kəşfiyyat Şöbəsinin müdiri Metin Canbay, Terrola Mübarizə Şöbəsinin müdiri Ali Çavdar və Kiber Hücumlarla Mübarizə Şöbəsinin müdiri Turan Şahindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR