Lənkəranda 3 otaqlı ev yanaraq kül olub

Lənkəranda 3 otaqlı ev yanaraq kül olub
# 22 mart 2014 07:32 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda fərdi yaşayış evi yanaraq kül olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə martın 22-də səhər saatlarında rayonun Yuxarı Nüvədi kənd sakini, 1962-ci il təvəllüdlü Rafiq Baldadaş oğlu Əliyevə məxsus fərdi evdə qeydə alınıb.

Hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 2 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 100 kv. m olan birmərtəbəli 3 otaqlı yaşayış evi içindəki əşyalarla ilə birlikdə tamamilə yanaraq kül olub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR