Bakı Şəhəri üzrə Təhsil İdarəsi ekstern imtahanlarının nəticələrini açıqlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ekstern imtahanlarının nəticələrini açıqlayıb
# 26 may 2014 14:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəblərdə keçirilən ekstern imtahanlarının nəticələrini açıqlayıb.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, idarə tərəfindən 14-16 may tarixlərində 45 saylı məktəbdə şəhadətnamə və attestat almaq istəyənlər üçün ekstern aralıq imtahanı keçirilib. 3 gün davam edən imtahanda ümumilikdə 179 nəfər iştirak edib. 111 nəfər müsbət nəticə göstərib.

Qeyd edək ki, mayın 29-dək BŞTİ-də ekstern aralıq imtahanı ilə bağlı apellyasiya komissiyası fəaliyyət göstərəcək. Nəticəsindən narazı qalanlar apellyasiya komissiyasına müraciət edə bilərlər.

Ekstern imtahanı üzrə müsbət nəticə göstərən namizədlərin siyahısı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi səhifəsində (http://bakuedu.gov.az/az/news/179) qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR